MY istədi, “Atletiko” “qiymət oxudu”

İspaniyanın “Atletiko” klubu bir müddətdir “Mançester Yunayted”in transfer hədəfində olan futbolçunun təzminat məbləğini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Madrid klubu, yarımmüdafiəçisi Saul Niqesi satmaq niyyətində deyil. Klub, “qırmızı şeytanlar”ın transfer etmək istədiyi 25 yaşlı futbolçuya 128 milyon funt-sterlinq qiymət qoyub.

Niqesi Pol Poqbanın əvəzləyicisi olaraq heyətə qatmaq istəyən “Mançester Yunayted”in bu məbləği ödəmək istəmədiyi bildirilir.

2013-cü ildən “Atletiko”nun şərəfini qoruyan ispan futbolçunun klubla müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button