MY-dən əfsanəvi futbolçusunun oğlu ilə yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu sabiq futbolçusu Fil Nevillin oğlu Harvi Nevill ilə peşəkar müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu “qırmızı şeytanlar”la 1 illik yeni müqaviləyə imza atıb.

Harvi bu barədə sosial şəbəkə hesabında bunları qeyd edib: “İlk peşəkar müqaviləmi “Mançester Yunayted”lə imzaladığım üçün qürur duyuram. Ailəmə və məşqçilərimə dəstəklərinə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Harvi də klubun əfsanələri arasında yer alan atası Fil Nevill və əmisi Qari Nevill kimi, müdafiə xəttində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button