MY-dən uğurlu seriya – Ferqyusondan sonra ilk dəfə

“Mançester Yunayted” İngiltərə Liqa kubokonun cavab qarşılaşmasında “Nottingem Forest”i məğlub edib (2:0, ilk oyun – 0:3).

Komanda.az BBC-yə istinadən xəbər verir ki, bununla da Erik ten Haqın yetirmələri ardıcıl 12-ci qələbəsini qazanıb.

Aleks Ferqyusonun “qırmızı şeytanlar”ın baş məşqçi postunu tərk etməsindən sonra ilk dəfə Mançester təmsilçisi bu uğura imza atıb.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırır. Onun rəhbərliyi altında komanda 33 oyuna çıxıb, 24 qələbə qazanıb və 3 heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button