Musa “Qarabağ”a qələbə qazandırdı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiya yüksək liqa təmsilçisi “Slaven”lə qarşılaşıb.

Bu matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Musa Qurbanlı vurub.

“Qarabağ” bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Səudiyyə Ərəbistanı Liqası təmsilçisi “Əl-Şabab”a qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.

“Qarabağ” toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button