“Gəncəm, ancaq “Barselona”da oynamağa hazıram”
Müqavilə ilə “Barselona”ya məxsus olan, “Betis”da icarə əsasında çıxış edən Emerson açıqlama verib.
Komanda.az xəbər verir ki, “goal.com”a danışan cinah müdafiəçisi, Kataloniya klubunda oynamağa hazır olduğunu deyib:
“Düşünürəm ki, karyeramda ən yaxşı mövsümümü keçirirəm. Bu səviyyəyə erkən çatdığım üçün sevinirəm. Gəncəm, ancaq “Barselona”da oynamağa hazıram. Mən qorxmuram, “Barsa”da oynamaq uşaqlıq xəyalımdır”.
Emersonun “Betis”lə müqaviləsi 2021-ci ilin yayına qədərdir. 21 yaşlı futbolçu La Liqada 23 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin