“Baş məşqçi ilə münaqişədən söhbət belə gedə bilməz” – Bonuççi

“Union” (Berlin) klubunun müdafiəçisi Leonardo Bonuççi komandanın baş məşqçisi Urs Fişerlə münaqişə yaşadığı ilə bağlı şayiələrə münasibət bildirib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, italiyalı futbolçu yayılan xəbərləri təkzib edib:

“Onunla hər gün ünsiyyət qururam, məni burada yaxşı qarşıladılar. Baş məşqçi ilə münaqişədən söhbət belə gedə bilməz. Biz birlikdə bu vəziyyətdən çıxış yolu axtarırıq. Təbii ki, mümkün qədər çox oynamaq istəyirəm. Lakin hər bir insan komandanın maraqlarını müdafiə etmək üçün əlindən gələni etməlidir”.

Xarici mətbuat daha əvvəl futbolçunun Çempionlar Liqasında “Napoli” ilə matçda (0:1) iştirak etmədiyinə əsəbiləşdiyini və baş məşqçidən qərarını izah etməsini istədiyini yazıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button