Mükafat fondu 8 min manat olan Azərbaycan çempionatı keçiriləcək

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Komanda.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir.

Azərbaycan çempionatının mükafat fondu 8000 manatdır. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Oktyabrın 4-dən 7-dək Respublika Şahmat Mərkəzində keçiriləcək turnir rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button