“Müdafiədə oturmaq istəmirdik” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyanın “Bayer” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:5 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı komandaya uduzduq. Bu gün səviyyə fərqinin şahidi olduq. Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. “Bayer” topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin