MS və MY-dən koronavirusla mübarizəyə dəstək

İngiltərənin “Mançester Siti” və “Mançester Yunayted” klubları koronavirus pandemiyası ilə mübarizə məqsədiylə xeyirxah addım atıblar.

Komanda.az xəbər verir ki, bu barədə “Mançester Yunayted” klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hər iki klub pandemiyanın yayılmasından sonra artan ehtiyacı qarşılamağa kömək məqsədiylə qida banklarına 50 min funt-sterlinq yardım edib.

Bir müddət əvvəl klubların azarkeşləri də bu təşəbbüslə çıxış etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button