İngiltərə klubu Pedri üçün 100 milyon avro təklif etməyə hazırdır

“Mançester Siti” “Barselona”nın liderlərindən birinin transferinə göz dikib.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı yarımmüdafiəçi Pedrini öz sıralarında görmək istəyir.

22 yaşlı həmyerlisinin transferində “Mançester Siti”in baş məşqçisi Pep Qvardiola şəxsən maraqlıdır. Rəhbərlik Pedri üçün təxminən 100 milyon avro təklif etməyə hazırdır. O, İngiltərə klubunun yarımmüdafiə xəttində belçikalı futbolçu Kevin de Bruyneni əvəz edə bilər.

Pedrinin “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun sözləşməsində bir milyard avro təzminat məbləği nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button