Mövsümün ən yaxşıları bəlli oldu

Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün ən yaxşıları açıqlanıb.

Komanda.az xəbər verir ki, turnirin təşkilatçıları altı nominasiya üzrə ən yaxıları müəyyənləşdirib.

“Fiorentina”nın formasını geyinən Duşan Vlahoviç mövsümün ən yaxşı gənc oyunçusu mükafatını qazanıb.

“Milan”ın qapıçısı Canluici Donnarumma öz mövqeyində ən yaxşı seçilib.

“Atalanta”nın futbolçusu Kristian Romero ən yaxşı müdafiəçi adına layiq görülüb.

“Yuventus”un portuqaliyalı ulduzu Kristiano Ronaldo mövsümün ən yaxşı hücumçusu elan edilib. Təcrübəli futbolçu geridə qalan mövsümdə vurduğu 29 qolla A Seriyasının bombardiri olub.

Çempion “İnter”in formasını geyinən Nikolo Barella mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

“İnter”in hücumçusu Romelu Lukaku isə A Seriyasında mövsümün ən yaxşı futbolçusu elan olunub. Belçika yığmasının üzvü geridə qalan mövsümdə meydana çıxdığı 36 çempionat matçında 24 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button