İtaliya klubları Aqueroyla danışıqlara başladı
Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilən Serxio Aquero İtaliyaya yollana bilər.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçilərinin “şəhərlilər”lə yeni müqavilə imzalamaq istəməyən Aquero ilə danışıqlara başladığı bildirilir.
Aquero ilə İspaniyanın “Barselona”, “Real”, Fransanın PSJ klubu da maraqlanır.
32 yaşlı hücumçunun “Mançester Siti” ilə sözləşməsi yaya qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin