Mövsümün ilk qran-prisinin qalibi müəyyənləşdi

Formula 1 üzrə dünya çempionatında mövsümün ilk qran-prisinin qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bəhreyndə təşkil olunan yarışın birinci mərhələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını qabaqlayıb.

Niderlandlı üçqat dünya çempionu finişə birinci çatıb. Onun komanda yoldaşı Serxio Peres ikinci yeri tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Sayns qapayıb.

Növbəti yarış 7-9 martda Səudiyyə Ərəbistanında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button