Mövsümün açılış matçında “Cəlilabad” qalib gəldi
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu baş tutub.
Komanda.az xəbər verir ki, “Sərhədçi” və “Cəlilabad” klubları arasında keçirilmiş oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər.
Oyun region təmsilçisi “Cəlilabad” klubunun 86-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: “Sərhədçi” (Conson Rid – 19 xal, 5 asist), “Cəlilabad” (Kobi Tomas – 19 xal, 4 ribaund)
İlk turun digər oyunları (“Neftçi” – “Xəzri”, “Xırdalan” – “Şəki”, “NTD-INDIGO” – “Sumqayıt”, “Gəncə” – “Sabah”) 27-29 oktyabr tarixləri aralığında baş tutacaq.
Bizi Facebook-da izləyin