“Mövsümün əvvəlində bu barədə fikirləşmək istəmirdim, amma…” – Qvardiola
İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Arsenal”la qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionluq yarışı ilə bağlı danışan ispan mütəxəssis, bunları deyib:
“Əvvəllər Premyer Liqada qalib olmaq üçün 85-90 xal kifayət edirdi, amma indi çempion olmaq üçün 100 xala ehtiyacımız var. Biz “Liverpul”la birlikdə yüksək səviyyəli futbolçular sayəsində bu dəyişikliyi etdik. İndi yenidən bu səviyyəyə çatmalıyıq. “Liverpul”dan geridə olan bütün komandalar 100 xal toplamağın vacib olduğunu bilir. İki mövsüm ərzində 198 xal toplamaq asan deyil. Mövsümün əvvəlində bu barədə fikirləşmək istəmirdim, amma düşünürəm ki, yenidən buna nail ola bilərik.
İngiltərədə bu liqanın çətinliyini nəzərə alaraq, titul qazanmaq üçün oynadıq. Bu dəfə daha çox mübarizə aparırıq, üstəlik çox uzaq olduğumuz bir rəqiblə. Ancaq hədəfimiz növbəti oyunlarda qalib gəlmək, titullara köklənmək və yenidən Premyer Liqada qalib olmaqdır”.
Bizi Facebook-da izləyin