Mövsümün ən “qırmızı” oyunu
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Zirə” – “Kəpəz” oyunu qırmızı vərəqələrin sayında antirekordla əlamətdar olub.
Komanda.az xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda 5 futbolçuya belə ağır cəza verilib.
Coşqun Diniyev və Nemanya Andelkoviç meydan sahiblərinin, Elçin Əlicanov, Girogi Kantariya və Mixeil Erqemlidze isə qonaqların heyətində qırmızı vərəqə alıb. Sonuncunun cəzası oyun bitdikdən sonraya təsadüf olunub. Bu, Premyer Liqanın cari mövsümünün antirekordudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin