İbrahimoviçi məyus edən müayinə
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç cari mövsümdə bir daha meydançaya çıxmaya bilər.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında aparılan müayinədən sonra onun oynamaq ehtimalı çox az dəyərləndirilib.
İbrahimoviçin “qırmızı-qaralar”la müqaviləsi yayda başa çatacaq. “Milan” 41 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyəcək. Buna baxmayaraq, isveçli futbolçu karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.
İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun “Leççe” ilə matçında (2:0) sıradan çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin