Amorim: “Sportinq”in prezidentinə dedim ki…”
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim bildirib ki, istənilən şəraitdə mövsümün sonunda “Sportinq”i tərk edəcəkmiş.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı mövsümün onlar üçün çox yaxşı başladığını bildirib:
“Mövsümün əvvəlində “Sportinq”in prezidenti ilə danışdım və ona dedim ki, istənilən halda mövsümün sonunda “Sportinq”i tərk edəcəm. Mövsüm bizim üçün çox yaxşı başladı, amma sonra “Mançester Yunayted” variantı yarandı.
Klub prezidenti ilə münaqişə? Xeyr, onunla heç vaxt fikir ayrılığım olmayıb”.
Amorimin “Mançester Yunayted”ə baş məşqçi təyinatı dünən açıqlanıb. O, yeni vəzifəsinə noyabrın 11-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin