“Mourinyonun “Real”a gəlməsinə futbolçular mane oldular”
“Real”ın keçmiş prezidenti Ramon Kalderon, Zinəddin Zidanın yenidən komandanın “sükanı arxasına” keçməsi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun keçmiş rəhbəri, Zidanın hazırkı prezident Florentino Peresin ilk seçimi olmadığını deyib:
“Joze Mourinyo baş məşqçi postu üçün ilk variant idi, çünki Peresin hörmət etdiyi yeganə baş məşqçi odur. Bundan başqa, Peres portuqaliyalı mütəxəssisi qalxan olaraq görür. Heç kimin deməyə casarət etmədiyini deyən, hakimləri günahlandıran, deyilməyən hər şeyi deyən biridir.
Mourinyonun “Real”a gəlməsinə futbolçular mane oldular “Real” Antonio Konteni dəvət etmək istəyəndə də bunu etdilər. Konte məsləhət görüləndə, futbolçular bu cür baş məşqçiyə ehtiyac olmadığını dedilər”.
Bizi Facebook-da izləyin