Mourinyo onu 5 dəqiqəyə razı salıb

“Baş məşqçi Joze Mourinyoya məni  komandaya qoşulmağa razı salmaq üçün beş dəqiqədən az vaxt lazım oldu”.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Roma”nın yeni transferi Nemanya Matiç deyib:

“Yarımmüdafiəçilərdən yalnız Frenk Lempard Mourinyonun rəhbərliyi altında məndən daha çox oyun keçirib. Mourinyo məni beş dəqiqədən az müddətdə “Roma”ya getməyə inandırdı. “Mançester Yunayted”dən ayrılanda, o, mənə zəng etdi və dərhal razılaşdım. Mourinyoda sizi motivasiya edən və irəliləməyə vadar edən xüsusi bir şey var. Mən onu heç vaxt xoşbəxt görməmişəm. O, qalib gələndə artıq növbəti günü düşünür”.

33 yaşlı serbiyalı yarımmüdafiəçinin Roma klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Matiç əvvəllər “Mançester Yunayted”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button