Mourinyo: “Mənim üçün sanki ilk finaldır”

“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Konfrans Liqasının bu gün “Feyenoord”la keçiriləcək final matçından əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis tarix yazmaq istədiklərini deyib:

“Yolun son mərhələsindəyik. Bu, mövsümün sonudur. Həftəsonu bir final oynadıq və Avropa Liqasının növbəti mövsümündə yerimizi təmin etdik. Konfrans Liqasının finalına yüksələrək tarixə düşdük. Amma indi yeni tarix yazmalı və kuboku qazanmalıyıq.

Oyunçularımız matça fokuslanıb. Onların düzgün köklənməsi var”.

Mourinyo, hazırda yalnız final barədə düşündüyünü deyib:

“Bu, finaldır. Oyun günü ağlımda başqa şey olmur. Bu, mənim üçün sanki ilk finaldır. Bu planda heç nə dəyişməyib. Qalib gəlsək, hər üç avrokuboku qazanan ilk məşqçi olacam. Amma yalnız qalib gəlsək, belə olacaq.

Final oyunu necə qurtarır-qurtarsın, mövsüm mənim üçün pozitiv oldu”.

UEFA Konfrans Liqasının “Roma” – “Feyenoord” matçı bu gün saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button