“Spartak”ın futbolçusu məhkəmə qarşısında – adam bıçaqladığı üçün
Moskvanın “Spartak” klubunda çıxış edən Kvinsi Promes cinayətə təşəbbüsdə ittiham olunur.
Komanda.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
Promes ötən il ailə partisində əmisi oğlunu dizindən bıçaqlayıb. 29 yaşlı yarımmüdafiəçi adam öldürməyə təşəbbüsdə ittiham olunur və məhkəmə qarşısına çıxacaq.
Promesin mühakimə olunacağı vaxt bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin