“Monako”nun keçmiş futbolçusu “Sabah”da – Rəsmi
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Qvineya əsilli fransalı futbolçu Amadu Diallo bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib.
Amadu Qvineya millisinin U-23 komandasında da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin