PSJ darmadağınla 1/4 finalda

Futbol üzrə Fransa Liqa Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Reyms” “Monpelye”ni minimal hesabla məğlub edərək 1/4 finala yüksəlib. “Monako” isə “Lill”ə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.

Əksər qarşılaşmalar sonuncu oyun gününə təsadüf edib. Nəticədə, “Lion”, “Amyen”, “Brest”, PSJ, “Strasburq” və “Sent Etyen” də növbəti mərhələyə vəsiqə qazanıb.

Fransa Liqa Kuboku, 1/8 final

17 dekabr

Reyms – Monpelye 1:0

Monako – Lill 0:3

18 dekabr

Lion – Tuluza 4:1

Amyen – Renn 3:2

Brest – Bordo 2:0

Le Man – PSJ 1:4

Nant – Strasburq 0:1

Nim – Sent Etyen 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button