MOİK “Xarı Bülbül”ə məğlub oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Murov”un idman zalında baş tutan görüşdə MOİK və “Xarı Bülbül Şuşa” komandaları üz-üzə gəlib.

Oyun Şuşa təmsilçisinin qələbəsi ilə başa çatıb. Gərgin keçən ilk hissədə 27:25 hesabı ilə MOİK komandası qalib gəlsə də, sonraki üç hissə “Xarı Bülbül Şuşa”nın üstünlüyü ilə yekunlaşıb. Beləliklə, bugünkü qələbədən sonra xallarının sayını 6-ya çatdıran Şuşa təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Xarı Bülbül Şuşa” 6 xalla ikinci, “Murov Az Terminal” 5 xalla üçüncü, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları dördüncü və beşinci yerləri bölüşürlər. Sonuncu pillədə olan MOİK-in isə xalı yoxdur.

MOİK – “Xarı Bülbül Şuşa” 1:3 (27:25, 22:25, 22:25, 17:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button