Modriç İtaliyaya yollandı

”Real”dan ayrılan yarımmüdafiəçi Luka Modriç tezliklə “Milan”a keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu artıq İtaliyaya yollanıb. O, tezliklə “Milan”a keçidini tamamlamaq üçün tibbi müayinədən keçəcək.

Modriç 2012-ci ildən “Real”da forma geyinib, Klublararası dünya çempionatı başa çatdıqdan sonra komandanı azad agent kimi tərk edib. 39 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 63 matçda çıxış edib, 4 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button