Misirin 3 klubu çempionatda iştirakdan imtina etdi

Misirin üç futbol klubu çempionatda iştirakdan imtina edir.

Komanda.az xəbər verir ki, “Zəmələk”, “İsmaili”, “Əl-Məsri” klubları koronavirus səbəbiylə dayandırılan ölkə çempionatının bərpasından sonra oyunlarda iştirak etməmək qərarına gəlib. Məlumatı “Zəmələk” klubunun prezidenti Mortad Mənsur da təsdiqləyib. Hər üç klub koronavirusla bağlı yaranan vəziyyətin davam etməsi səbəbiylə belə addım atır.

Martda dayandırılan çempionat iyulun 25-də bərpa ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button