“Mingəçevir Reqatası”nda ilk qalib müəyyənləşdi
Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk qalib müəyyənləşib.
Komanda.az xəbər verir ki, Suqovuşanda təşkil olunan turnirdə 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb.
Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb.
Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin