“Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik” – De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstana qarşı keçirəcəkləri qrup mərhələsinin oyunları barədə danışıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Sentyabrda daha iki oyunumuz var. Turniri qələbə ilə başa vuracağımıza ümid edirəm. Bundan sonra nələrin olacağını görəcəyik”.
66 yaşlı baş məşqçi Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın İtaliya “Napoli”sinə keçidinə də toxunub: “Keyfiyyəti və gənc futbolçudur. Lorentso İnsinye, Dris Mertens və Xalidu Kulibalinin gedişindən sonra komandanın güclənməsini başa düşmək olar. Yeni oyunçular lazımdır. Transfer dövrü belə bitsə, baş məşqçi Luçano Spaletti xoşbəxt olmayacaq”.
Xatırladaq ki, Canni De Byazinin AFFA ilə müqaviləsi bu ilin noyabrında başa çatacaq.
Bizi Facebook-da izləyin