Millinin voleybolçusu Rumıniya superkubokunu qazanıb
Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya superkubokunu qazanıb.
Komanda.az xəbər verir ki, millinin 27 yaşlı üzvü buna “CSM Lugoj” klubu ilə nail olub.
Komanda final matçında “CSO Voluntari”ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.
Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin