Millinin təlim-məşq toplanışı üçün heyəti açıqlandı
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.
Komanda.az xəbər verir ki, millimiz martın 25-dən 31-dək Bakıda hazırlıq keçəcək, aprelin 1-də isə seçmə mərhələyə yollanacaq.
Azərbaycan millisinin turnirdə keçirəcəyi oyunların təqvimini və toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00
6 aprel
Bolqarıstan – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00
9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00
- Mehriban Şahməmmədova – Neftçi
- Güləsər İsmailova – Araz-Naxçıvan
- Aydan Əkbərova – Baku Juniors
- Aysel Ziyadova – Qəbələ
- Aytac Mirzəyeva – Neftçi
- Fatimeyi Zəhra Huseynli – WFC Vera (Gürcüstan)
- Səma Həsənli – Qəbələ
- Müjgan Seyidova – Neftçi
- Fatimə Əhmədova – Baku Juniors
- Aydan Həsənova – Neftçi
- Buse Nur Kocabey – Asya Spor (Türkiyə)
- Röya Əliyeva – Baku Juniors
- Mələk Hacıyeva – Baku Juniors
- Şəkər Piriyeva – Araz-Naxçıvan
- Aysu Murtuzayeva – Neftçi
- İntizar Haqverdiyeva – Baku Juniors
- Lalə Abbaszadə – Neftçi
- Nailə Əliyeva – Baku Juniors
- Fidan Abışova – Baku Juniors
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin