Millinin baş məşqçisi U-19-un hazırlığını izlədi
Yanvarın 5-dən Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, gündə iki dəfə əsasən A milli komandanın fiziki hazırlıq üzrə məşqçisi Cordan Da Silvanın rəhbərliyi altında məşq keçən millinin dünənki hazırlıq prosesində əsas millinin baş məşqçisi Joze Alesio Da Silva da iştirak edib.
O, futzalçıların taktiki planda müəyyən tapşırıqları yerinə yetirməsini izləyib, onlarla təcrübəsini bölüşüb.
Xatırladaq ki, millinin toplanışı yanvarın 15-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin