Azərbaycan millisi ilə oyundan əvvəl yoxlama matçı keçirəcəklər

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması hazırlıq matçında qüvvəsini sınayacaq.

Komanda.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Saarbrükken”lə qarşılaşacaq.

Bu barədə Lüksemburq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sentyabrın 1-də keçiriləcək görüşün yeri barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button