Milli üzvləri “Sabah”ın U-17 komandası ilə görüşdülər – VİDEO

“Sabah”ın yeni yaradılan və cari mövsümdə ilk dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak edən 17 yaşadək qızlardan ibarət komandası liqaya uğurlu start verib.

Komanda.az xəbər verir ki, Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda keçirdiyi 4 oyunun hamısından qalib ayrılıb.

“Sabah”ın və millimizin futbolçusu Amin Seydiyev, həmçinin qadınlardan ibarət yığmamızın üzvü Aysun Seydiyeva “Sabah”ın U-17 komandasının məşqində qonaq olublar.

Görüş zamanı hər iki futbolçu U-17-nin üzvlərinə öz məsləhətlərini verib, onlar üçün maraqlı olan sualları cavablandırıb, həmçinin hədiyyələr təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button