Milli Olimpiya Komitəsinin üzvü vəfat etdi
Azərbaycan idman ictimaiyyətinə itki üz verib.
Komanda.az xəbər verir ki, tanınmış idman mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ramiz Yusif oğlu Yusifov fevralın 9-da ömrünün 85-ci ilində vəfat edib.
Ramiz Yusif oğlu Yusifov 1936-cı ildə mayın 15-də Ağdam rayonunda anadan olub.
O, 1936-cı ildə boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958-ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə beynəlxalq dərəcəli hakim, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü idi.
Dövlət başçısının 18 dekabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
Bizi Facebook-da izləyin