Milli komandadan “Sabah”la heç-heçə
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, U-16 millimiz “Sabah”ın U-17 komandası ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı oyun 2:2 hesabı ilə nəticələnib. Millimizin qollarını 55-ci dəqiqədə Ömər Kərimov və 74-cü dəqiqədə penaltidən Anar Hüseynov vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin