Millətlər Liqası və Avropa çempionatının oyunları təxirə salındı

2021-ci il Millətlər Liqası, eləcə də gənclər və qadınlar arasında Avropa çempionatlarının final mərhələsinin vaxtı dəyişdiriləcək.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu aya planlaşdırılmış pley-off oyunları beynəlxalq matçlar üçün pəncərənin açılacağı iyunda olacaq. Bu tarix vəziyyətin qiymətləndirilməsindən sonra dəyişdirilə bilər. 2021-ci ilin iyununa təyin olunmuş üçüncü və dördüncü turun qarşılaşmaları isə təxirə salınacaq.

Gələn ilin iyun-iyulunda keçirilməli olan Millətlər Liqasının final mərhələsi, gənclər və qadınlar arasında Avropa çempionatı da ertələnəcək. Klublar öz oyunçularını təxirə salınmış bütün oyunlar üçün yığmalara göndərəcəklər.

Qeyd edək ki, UEFA bu il keçirilməli olan Avropa çempionatını koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilin 11 iyun-11 iyuluna təxirə salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button