“Milan”ın hücumçusu ABŞ klubuna keçə bilər

MLS və Səudiyyə Ərəbistanı klubları “Milan”ın hücumçusu Olivye Jiru ilə maraqlanır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, fransalı forvard özü də mövsümün sonunda hansı liqaya yollanacağını götür-qoy edir.

Futbolçunun özü ABŞ-a köçməkdə maraqlı olduğu üçün onun MLS klublarından birinə keçəcəyi gözlənilir.

37 yaşlı hücumçu “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”də oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button