“Milan”ın baş məşqçisi: “Daha irəli getməyə layiq idik”

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Pioli, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Hər iki oyunda yaxşı oynasaq da, qələbə qazana bilmədik. Bu, bizi məyus edir. İlk hissədə qol vura bilərdik, lakin fürsətləri dəyərləndirə bilmədik. Daha irəli getməyə layiq idik. Hər iki matçda böyük komanda olduğumuzu göstərdik. Lakin öz səhvlərimizdən iki qol buraxdıq və bu, bizi əsəbiləşdirir.

Yaratdığımız qol imkanlarını dəyərləndirməli idik. Sərgilənən oyunlardan sonra futbolçulara nəsə demək istəmirəm. Ümumilikdə, komandamın oyun tərzindən çox məmnunam. Təəssüf ki, bir neçə futbolçumuz hər iki oyunu buraxdı. Rafael Leao, Ante Rebiç, Mario Mancukiç ehtiyat oyunçular skamyasında olsaydılar, nəticə də fərqli ola bilərdi”.

“Milan” Avropa Liqasında 1/8 finalda “Mançester Yunayted”ə uduzaraq, mübarizəni dayandırıb (ilk oyun 1:1, cavab matçı 0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button