“Milan”da yeni müqavilə

“Milan” gənc hücumçusu Françesko Kamarda ilə peşəkar müqavilə imzalayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Françesko Kamarda “Milan”da ötən ilin noyabrında debüt edib. Ötən mövsüm U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button