“Həyat yoldaşımdan çox onlarla görüşdüm” – İbrahimoviç
“Milan”a transfer olunan Zlatan İbrahimoviç İtaliya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçu, 21 nömrəli formanı seçməsinin səbəbini də deyib:
“Uyğun nömrələri uşaqlarıma soruşdum və onlar da 21-i istədilər. Buna görə, bu formanı seçdim.
Uşaqlığımdan bu günə heç dəyişməmişəm. Aclığa və qərarlığa sahibəm. Hazırda hədəfim komandanın vəziyyətini yaxşılaşdırmaqdır. Əlimdən gələni edəcəm.
“Milan”a qayıdışımda Maldini və Bobanın rolu böyükdür. Son 3 həftədə həyat yoldaşımdan çox onlarla görüşdüm. Hər şey müsbət keçdi və indi burdayam”.
İbrahimoviç “Milan”la 6+1 illik sözləşmə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin