“Milan” alman hücumçu üçün 15 milyon avro ödəmək istəmir
“Milan” “Borussiya”nın (Dortmund) almaniyalı hücumçusu Niklas Fullkruqla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amma hər iki klub transferin qiymətində razılıq əldə edə bilmir. Almaniya klubu futbolçu üçün ən azı 15 milyon avro istəyir. Amma “Milan” Fullkruq üçün bu məbləğdə pul ödəmək istəmir və qiyməti aşağı salmağa ümid edir.
İtaliya A Seriyasında yeni mövsümə avqustun 17-də start veriləcək və “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin