“Milan” portuqaliyalı ilə müqaviləni uzadacaq
İtaliyanın “Milan” klubu hücumçusu Rafael Leao ilə yeni müqavilə imzalamaq istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” rəhbərliyi 22 yaşlı portuqaliyalı futbolçunun çıxışından razıdır. Buna görə də, onunla 2026-cı ilə qədər yeni müqavilə bağlamağı düşünürlər.
Yeni müqavilə ilə Leanonun illik maaşı 4,5 milyon avroya qalxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin