“Milan” yeni hücumçu üçün 35 milyon avrodan çox ödəyəcək
“Feyenoord” hücumçusu Santyaqo Ximenezi “Milan”a buraxmağa razılaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu meksikalı hücumçu üçün 35 milyon avrodan çox pul ödəyəcək.
Ximenez bu mövsüm 19 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Milan” A Seriyasının 21 turundan sonra 34 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin