“Milan” kimi böyük komandanı məğlub etdiyimiz üçün şadıq”
“Roma”nın müdafiəçisi Canluka Mançini komandasının Avropa Liqasının 1/4 finalında “Milan” üzərində qazandıqları qələbəni şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı futbolçu əla komandaları olduqlarını göstərdiklərini bildirib:
“Milan” kimi böyük komandanı məğlub etdiyimiz üçün şadıq. Biz göstərdik ki, bizim də əla komandamız var. Mənim hədəflərim sayılmır, əsas olan “Roma” və onun hədəfləridir”.
Mançini cavab matçında 12-ci dəqiqədə qol vurub.
İki görüşün nəticəsinə əsasən, “Roma” “Bayer”lə qarşılaşacağı turnirin yarımfinalına yüksəlib. İlk oyun mayın 2-də, cavab qarşılaşması isə mayın 9-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin