Pioli: “Onun yoxluğunu hiss edəcəyik”
“Milan” İtaliya A Seriyasının 24-cü turunda “İnter”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” derbiyə iki ciddi itki ilə çıxacaq. Bu barədə “Milan”ın baş məşqçisi Stefano Pioli yerli mətbuata açıqlamasında deyib.
Pioli, hücumçular – Zlatan İbrahimoviç və Ante Rebiçin zədə səbəbindən “İnter”lə oyunu buraxacağını deyib:
“İbrahimoviç və Rebiç olmayacaq. Fikayoko Tomorinin durumu yaxşıdır. Düşünürəm ki, o, heyətdə yer alacaq. Eyni zamanda, Olivye Jiru da matça hazırdır.
Təəssüf ki, İbrahimoviç derbini buraxacaq. O, bir sıra vacib oyunlarımızda əhəmiyyətli qollar vurub. Bu baxımdan onun yoxluğunu hiss edəcəyik. Buna baxmayaraq, meydana qələbə üçün çıxacağıq. Bütün rəqiblərimizi məğlub etmək üçün daha güclü olmalıyıq”.
Bu gün keçiriləcək “İnter” – “Milan” matçı saat 21:00-da başlayacaq.
Bizi Facebook-da izləyin