“Milan” 67 illik rekordu təkrarladı
“Milan” İtaliya A Seriyasının 10-cu turunda “Torino”nu məğlub edib – 1:0.
Komanda.az “Gracenato”ya istinadən xəbər verir ki, “qırmızı qaralar” bu mövsüm çempionatda 10 oyundan 9-da qələbə qazanıb. “Milan” bu göstərici ilə klub rekordunu təkrarlayıb.
“Rossonyerilər” bundan əvvəl 1954/1955 mövsümündə çempionatın ilk 10 turunda 9 qələbə qazanmışdı.
“Milan” hazırda A Seriyasında liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin