“Milan” hücumçusuna yeni müqavilə təklif edəcək
“Milan” klubu hücumçusu Olivye Jiru üçün yeni müqavilə hazırlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu fransalı forvarda müqaviləni daha bir il uzatmağı təklif etməyi planlaşdırır.
37 yaşlı futbolçuya başqa klublardan da təkliflər var. Belə ki, Jirunu Səudiyyə Ərəbistanında və MLS-də görmək istəyirlər.
Futbolçunun “Milan”la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Jiru bu mövsüm 12 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin