“Milan” qapını ona tapşırmaq istəyir
“Atalanta” klubunun qapıçısı Marko Sportiello komandanı tərk edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” klubu 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı-qaralar” 2023-cü ilin yayında qapıçını azad agent kimi transfer etmək niyyətindədir.
Sportiello cari mövsümdə İtaliya A Seriyasında 6 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin