Sonuncu yarımfinalçı “Napoli” oldu
Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“İnter” Milan derbisində şəhərin eyniadlı komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçdan qalib ayrılan “İnter” ilk yarımfinalçı olub.
İkinci oyun günündə “Atalanta” “Latsio” ilə məhsuldar qarşılaşmadan qalib ayrılmağı bacarıb. “Yuventus” isə SPAL-la görüşdə darmadağına sevinib.
Sonuncu günündə “Napoli” doğma meydanda “Spetsiya” üzərində inamlı qələbə qazanmaqla sonuncu yarımfinalçı olub.
Beləliklə, finala vəsiqə uğrunda “Atalanta” “Napoli”ylə, “İnter” isə “Yuventus”la mübarizə aparacaq. Fevralda baş tutacaq yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək.
İtaliya kuboku
1/4 final
26 yanvar
İnter – Milan 2:1
Qol: Lukaku, 71-pen. Eriksen, 90+7 – İbrahimoviç, 31.
27 yanvar
Atalanta – Latsio 3:2
Qol: Djimsiti, 7. Malinovski, 37. Mirançuk, 57 – Muriqi, 17. Açerbi, 34.
Yuventus – SPAL 4:0
Qol: Morata, 16. Frabotta, 33. Kuluşevski, 79. Kyeza, 90+4.
28 yanvar
Napoli – Spetsiya 4:2
Qol: Kulibali, 5. Losano, 20. Politano, 30. Elmas, 40 – Qyazi, 70. Akampora, 73.
Bizi Facebook-da izləyin